USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"ASAN xidmət" mərkəzlərində dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin sayı artdı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858; 2013, № 2, maddə 109, № 3, maddə 254, № 4, maddə 377; 2014, № 2, maddə 117, № 5, maddə 486, № 9, maddələr 1027, 1044, 1048; 2015, № 6, maddə 708, № 8, maddə 917, № 10, maddə 1122; 2016, № 2 (II kitab), maddə 251, № 5, maddə 852, № 8, maddə 1384, № 9, maddə 1464; 2017, № 2, maddə 174, № 4, maddə 564, № 5, maddə 809, № 8, maddələr 1521, 1531; 2018, № 3, maddə 437, № 6, maddə 1242) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 5.7.4-cü yarımbənd əlavə edilsin:

“5.7.4. torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi;”.

2. 5.9-cu bənd aşağıdakı redaksiyada verilsin:

“5.9. hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsi;”.

3. Aşağıdakı məzmunda 5.11-2-ci bənd əlavə edilsin:

“5.11-2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması;”.

4. 5.15-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.15. hərbi qeydiyyatla bağlı:

5.15.1. yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması;

5.15.2. vətəndaşın hərbi qeydiyyatda olmasına dair arayışın verilməsi;

5.15.3. vətəndaşa müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verildiyinə dair arayışın verilməsi;

5.15.4. həqiqi hərbi xidmət keçmiş şəxsə hərbi xidmətkeçmə haqqında arayışın verilməsi;

5.15.5. vətəndaşın müddətli həqiqi hərbi xidmətə göndərildiyinə dair arayışın verilməsi;”.

5. 5.17-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.17. qida təhlükəsizliyi ilə bağlı əməliyyatların qeydiyyatı:

5.17.1. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və müvafiq dövlət reyestrindən çıxarışın (onun dublikatının) verilməsi;

5.17.2. qeydiyyata alınmış subyektlərin reyestr məlumatlarında dəyişiklik edilməsi;

5.17.3. qida təhlükəsizliyi sertifikatının verilməsi;

5.17.4. ixrac edilən heyvanlara və heyvan mənşəli məhsullara beynəlxalq baytarlıq sertifikatının verilməsi;

5.17.5. idxal və istehsal edilən baytarlıq preparatlarının dövlət qeydiyyatına (təkrar qeydiyyata) alınması və bu barədə qeydiyyat şəhadətnaməsinin (təkrar qeydiyyat şəhadətnaməsinin) verilməsi;

5.17.6. bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi;

5.17.7. daxili karantin sertifikatının verilməsi;

5.17.8. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin qeydiyyata alınması və qeydiyyat (təkrar qeydiyyat) şəhadətnaməsinin verilməsi;

5.17.9. Avropa İttifaqının yeyinti məhsullarının idxalı ilə bağlı tələblərinin icrasını həyata keçirmək məqsədilə həmin ölkələrə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə müvafiq sənədlərin (məlumatların) verilməsi;”.

6. 6-cı hissədə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi” sözləri ilə, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və” sözləri “Qida Təhlükəsizliyi Agentliyinə və” sözləri ilə əvəz edilsin.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!