USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Çiten” Teatrının təcrübəsi “YARAT”ın səhnəsində

Noyabrın 9-da “YARAT” Müasir İncəsənət Mərkəzində Yapon teatrı və "Çiten" Teatrının təcrübəsindən "Mən səni sevirəm demək olarmı?” adlı nümunələr təqdim olunacaq.

ASAN Radio xəbər verir ki, "Çiten" Teatrının rejissoru Motoi Miura mühazirəsində auditoriyanı yapon mədəniyyəti və teatr ənənələri ilə tanış edəcək, həmçinin "Çiten" Teatrının quruluşlarının nümunəsində Çexov, Şekspir və Brextin mətnləri ilə iş təcrübəsindən bəhs edəcək. Realizmdən büsbütün imtina edən teatr kollektivi, müasir tamaşaçı üçün klassik mətnləri yenidən aktual və maraqlı etməyi bacarıb.

Motoi Miura "Çiten" Teatrı ilə 2001-ci ildə əməkdaşlıq etməyə başlayıb və ilk olaraq, yapon səhnəsi üçün Con Foss və Devid Harroverin əsərlərini adaptasiya edib. 2005-ci ildə onun rejissor işi "Toqa" mükafatına layiq görülüb. 2007-ci ildən başlayaraq ötən dövr ərzində Miura A.Çexovun əsərləri əsasında dörd tamaşa yaradıb və "Albalı bağı" tamaşasına görə Mədəni Məsələlər Agentliyinin "Rejissorluqda yeni söz" kateqoriyası üzrə mükafatına layiq görülüb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!