USD - 1.7 EUR - 1.935 RUB - 0.0256 TRY - 0.3174 DAHA ÇOX
SON DƏQİQƏ
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir Futbol üzrə 2022-ci il dünya çempionatında 48 yığma komanda çıxış edə bilər 20 Yanvar günü bu yollar bağlı olacaq  Prezidentin fərmanı ilə bağlı "ASAN xidmət"də  İşçi Qrup yaradılıb Növbəti 2-3 gün ərzində hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək
Nazirlik: Yarmarkada 100 tondan artıq bal satılıb    

Oktyabrın 5-dən 28-dək Bakıda keçirilən XIX arıçılıq məhsullarının sərgi-satış yarmarkası başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyindən Azvision.az-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmuş yarmarkaya Azərbaycanın bütün iqtisadi rayonlarından 380-ə yaxın arıçı qatılıb.

Ümumilikdə, yarmarkaya çıxarılmaq üçün 150 ton süzmə bal təqdim olunub. Bal nümunələrindən götürülən laborator analizlər nəticəsində 30 tona yaxın balın keyfiyyətinin standartlardan aşağı olduğu müəyyənləşib və həmin məhsulların yarmarkada satışına icazə verilməyib.

Yarmarka ərzində anbarda saxlanan 120 ton balın 116 tonu arıçıların gündəlik sifarişləri əsasında satışa buraxılıb. Aparılan gündəlik monitorinqlər nəticəsində yarmarkanın gedişində 100 tondan artıq balın satıldığı müəyyənləşib.

Yarmarkanın təşkili zamanı Tofiq Bəhramov adına Respublika Stadionunun yaxınlığında, “Gənclik” metrosunun ətrafında möhtəkirlərin saxta bal satışının qarşısı almaq üçün mütəmadi tədbirlər görülüb. Daxili İşlər Nazirliyinin post-patrul xidmətinin əməkdaşları həm yarmarka keçirilən bölgədə, həm də ətraf ərazilərdə təhlükəsizliyin təmin olunmasına cəlb ediliblər. Stadionun mühafizə xidmətinin, Azərbaycan Arıçılar Assosiasiyasının və polis əməkdaşlarının səyi nəticəsində ətraf ərazilərdə möhtəkirlərin ucuz qiymətə saxta bal satışının qarşısı alınıb.

Yarmarkada satışa çıxarılan balın qiymətini arıçılar özləri müəyyənləşdiriblər. Qiymətlər ilk günlər 20-40 manat arasında dəyişib, yarmarkanın son günlərində isə 15-25 manat olub.

Qiymətlər arıçılar gətirdikləri məhsulun böyük hissəsini satdıqdan sonra enməyə başlayıb. Arıçılar arasında keçirilən sorğu zamanı yarmarkada balın orta qiymətinin 18-23 manat olduğu müəyyənləşib.

Kənd Təsərrüfatı Nazirliyi ilk dəfə olaraq arıçılıq məhsullarının sərgi-satış yarmarkasını Azərbaycan Arıçılar Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində keçirib. Yarmarkanın keçiriləcəyi yerin müəyyən olunması, satış nöqtələrinin iqtisadi rayonlar arasında bölünməsi, nəzarət işinin təşkili məsələlərində assosiasiyanın istəkləri nazirlik tərəfindən nəzərə alınıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio