USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Prezidenti Türkmənistan Nazirlər Kabineti sədrinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Türkmənistan Respublikası Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevi qəbul edib.

 

ASAN Radio xəbər verir ki, Prezident İlham Əliyev qeyd etdi ki, dövlət başçılarının qarşılıqlı səfərləri, eləcə də beynəlxalq tədbirlər çərçivəsində mütəmadi görüşləri ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynayır. Dövlətimizin başçısı, eyni zamanda, bildirdi ki, müvafiq strukturların rəhbərlərinin görüşləri də əməkdaşlığımızın genişləndirilməsi işinə öz töhfəsini verir. Prezident İlham Əliyev bu yaxınlarda Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovun ölkəmizə səfəri zamanı ikitərəfli münasibətlərimizin müxtəlif aspektlərinin müzakirə edildiyini dedi. Dövlətimizin başçısı Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevın böyük nümayəndə heyəti ilə ölkəmizə səfərindən məmnunluğunu ifadə etdi, bu səfərin dostluq və qardaşlıq əlaqələrimizin möhkəmlənməsi, əməkdaşlığımızın daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirdi.

 

Məmmetxan Çakıyev, ilk növbədə, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırdı. O, hökumətlərarası səviyyədə birgə fəaliyyətin həyata keçirilməsi üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

 

Görüşdə ölkələrimizin əlverişli coğrafi mövqedə yerləşməsinin önəmi qeyd olundu, həm Azərbaycanda, həm də Türkmənistanda ən müasir nəqliyyat infrastrukturunun yaradıldığı vurğulanaraq nəqliyyat, tranzit, logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu bildirildi, ölkələrimizin ixracat imkanları və tranzit yüklərin daşınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Dövlətimizin başçısı Türkmənistan Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qurbanqulu Berdiməhəmmədova çatdırmağı xahiş etdi.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!