USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin İstanbulda üçtərəfli görüşü olub

Oktyabrın 30-da İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin VI üçtərəfli görüşü keçirilib.

ASAN Radio AZƏRTAC-a istinadən xəbər verir ki, nazirlər Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərif İstanbulun tarixi Dolmabaxça sarayında bir araya gəliblər. Görüşdə İstanbul Bəyannaməsi imzalanıb.

Sonra nazirlər görüşün yekunları ilə bağlı mətbuat konfransı keçiriblər.

Türkiyə Cümhuriyyətinin quruluşunun 95-ci ildönümü münasibətilə açılışı olan İstanbul Hava Limanındakı mərasimdə iştirak etdiklərinə görə həmkarlarına təşəkkürünü ifadə edən nazir Mövlud Çavuşoğlu üçtərəfli görüşdə qəbul olunan İstanbul Bəyannaməsi barədə məlumat verdi. Nazir diqqətə çatdırıb ki, Bəyannamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü şərti ilə həll olunmasının vacibliyi, eləcə də üç ölkə arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə dair yeni yolların axtarılması və s. məsələlər əksini tapıb. Bundan başqa, Türkiyə və İranın Bakı şəhərinin 2025-ci ildə ümumdünya sərgisinə namizədliyini tam şəkildə dəstəklədiyini qeyd edən nazir əminliklə bildirib ki, Azərbaycan bu istəyinə nail olacaqdır.

İstanbul Hava Limanının açılışı münasibətilə təbriklərini çatdıran nazir Elmar Məmmədyarov Azərbaycanın ərazi bütövlüyünü dəstəklədikləri üçün hər iki həmkarına səmimi minnətdarlığını ifadə edib. Üç ölkə arasında həyata keçirilən enerji və nəqliyyat dəhlizlərinin əhəmiyyətindən danışan azərbaycanlı nazır bildirib ki, yaxın gələcəkdə Astara (İran)-Rəşt (İran) dəmir yolunun tikintisi gerçəkləşərsə bu, Bakı-Tbilisi-Qars, və Şimal-Cənub dəmir yolları üçün daha böyük perspektivlər yaradacaq.

Görüşün əhəmiyyəti barədə fikir və mülahizələrini bölüşən nazir Məhəmməd Cavad Zərif qeyd edib ki, ölkəsi Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn normaları çərçivəsində həllinə tərəfdardır. Azərbaycan, Türkiyə və İran əməkdaşlıq əlaqələrinin siyasi iradə nəticəsində ortaya çıxdığını deyən iranlı nazir diqqətə çatdırıb ki, münasibətlərin inkişafı bölgədə sülhə, sabitliyə və inkişafa böyük töhfədir.

Məlumata əsasən, üçtərəfli görüş çərçivəsində regional əməkdaşlığın ümumi maraqlar üzrə inkişaf perspektivləri, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, həmçinin əvvəlki görüşlərdə qəbul olunan qərarların icra vəziyyətinə dair səmərəli fikir mübadiləsi aparılıb. Nazirlər ifadə ediblər ki, tərəflər üçtərəfli əməkdaşlığın genişlənməsi, ortaq maraqların qorunması, yeni-yeni layihələr sayəsində regionun inkişafına töhfələr verməkdə iradəlidir. Vurğulanıb ki, enerji, nəqliyyat və ticarət əlaqələrinin daha da inkişafı üçün növbəti görüşə qədər tərəfləri təmsil edən mütəxəssislərin birgə işləməsinə ehtiyac var. Diqqətə çatdırılıb ki, Azərbaycanın və İranın enerji mənbələri, eləcə də regionun tranzit imkanları üç ölkənin inkişafı üçün böyük potensial yaradıb. Bundan başqa, qarşılıqlı ticarət əlaqələrinin artırılması məsələsi də tərəfləri maraqlandıran ciddi məsələdir.

Nazirlər jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

Razılaşmaya əsasən, VII görüş İranda təşkil olunacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!