USD - 1.7 EUR - 1.9288 RUB - 0.0264 TRY - 0.311 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycan və İran dövlət sərhədində Novruz belə qeyd edildi - FOTOLAR Sabah hava necə olacaq? Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti artırılıb Quba-Xınalıq yolu  bağlandı - qar uçqunlarına görə Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
Ronaldo Messidən danışdı 

“Qızıl top” mükafatına namizəd olan Kriştiano Ronaldo “France Football” nəşrinə açıqlama verib.

ASAN Radio xəbər verir ki, “Yuventus”un ulduzu mükafatı qazanmaq şanslarından danışıb: “Bu mükafatı mütləq şəkildə qazanmaq üçün köklənməmişən. Belə bir fikrim yoxdur. Onsuz da futbol tarixinin ən yaxşılarından biri olduğumu bilirəm. Təbii ki, qazansam, yaxşı olardı. Məncə, bunu haqq edirəm. Rəqiblərimdən Salah, Modriç, Varan, Qrizmann, Mbappe olacaqlar. Fransızlar çoxdur, çünki dünya çempionu olublar”.

33 yaşlı ulduz futbolçu uzun illər rəqabətdə olduğu Lionel Messi barədə də danışıb: “Mənim yaşımda böyük klubdan digər böyük kluba bu məbləğə transfer olan futbolçu yoxdur. Mənimlə yaş olan futbolçular Çinə, BƏƏ-yə, Hindistan, ABŞ və digər ölkələrə gedirlər. Sadəcə, mənimlə Messi 10 ildir ki, eyni səviyyədə qalırıq. Fərqli idmançı və fərqli xarakterə sahib olan şəxs olduğum üçün özümlə qürur duyuram”.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio