USD - 1.7 EUR - 1.9288 RUB - 0.0264 TRY - 0.311 DAHA ÇOX
SON DƏQİQƏ
Nursultan Nazarbayevin qızı Qazaxıstan Senatının sədri seçilib Azərbaycanın Müdafiə naziri Pakistana rəsmi səfər edəcək Nazarbayevin yerinə Tokayev keçdi Sabahın havası açıqlandı Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Mərakeş Krallığının nümayəndə heyəti ölkəmizdə səfərdədir

30 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəvəti ilə Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd Bin Abdelkaderin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olub.

Səfər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Mərakeş Krallığının İnzibati İslahatlar və Dövlət Qulluğu Nazirliyi arasında 21 iyun 2018-ci il tarixində imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində keçirilib.

Qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda  canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Qonaqlar “ASAN xidmət” mərkəzləri, “ABAD” sərgi-satış mərkəzi və Səyyar ASAN xidmət təcrübəsi ilə də tanış olublar.

Həmçinin Dövlət Agentliyinin struktur bölmələri tərəfindən təqdimatlar edilib, Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun nümayəndələri ilə görüş keçirilib.

Qeyd edək ki, 30 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdelkaderi qəbul edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio