USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Silahdaşları qvardiyanın şəhid əsgərlərini andılar - Fotolar

SSRİ dağıldıqdan sonra öz müstəqilliyini bərpa etmiş Azərbaycanda 25 dekabr 1991-ci ildə Milli Qvardiya yaradıldı. Bununla əlaqədar olaraq bir çox bacarıqlı zabitlər Qvardiyanın təşkili işlərinə cəlb edilmişdi. Onlar arasında Milli Qəhrəman Əfqan Hüseynov və Camal Hacəliyev də var idi. Əfqan Hüseynov Qubadlıda gedən döyüşlərdə başından aldığı düşmən gülləsindən 29 yaşında əbədi olaraq gözlərini yumdu.

ASAN Radio xəbər verir ki, bugün Əfqan və Camalın silahdaşlarından bir qrupu Şəhidlər Xiyabanında onların məzarı başına toplaşmışdı.

Qvardiyanin o zamankı batalyon komandirlərindən olan Elxan Dadaşov 27 il əvvələ qayıdaraq döyüş yoldaşlarını xatırladı, duyğularını bölüşdü.

Qvardiyanın baş leytenantı Aleksandr Kərimov Əfqan və Camalın məzarı başında danışmağa çətinlik çəkirdi. Bir vaxtlar yumruq olub vətəni qoruyanların yoxluğunu sanki qəbul edə bilmirdi.

Sonda bir məqamı qeyd edək. Şəhidlərin davamçıları varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyiblər, ürəklərimizdə yaşayırlar. 

Müxbir: Nərgiz Vəlizadə

Fotoqraf: Arzu Aslanov

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!