USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Neymar 6 ilə qədər həbs oluna bilər

PSJ-nin futbolçusu Neymarı məhkəmə çəkişməsi gözləyir.

ASAN Radio istinadən xəbər verir ki, Neymarın "Santos"dan "Barselona"ya keçidi zamanı yol verilən qanun pozuntuları uzun müddətdir ki, gündəmdən düşmür. Bu işə məhkəmədə bir neçə dəfə baxılıb.

Məlumata görə, məhkəmə məsələ ilə bağlı yeni araşdırmaya başlayıb. Neymar hələ 2018-ci ilin əvvəlində bununla bağlı məhkəmədə ifadə verib. Futbolçu dələduzluqda ittiham olunub. Onun, "Santos"dan "Barselona"ya keçərkən, sənədləşmə işlərində fırıldağa əl atdığı iddia olunur.

Bu dəfə Neymarın işinə cinayət işləri üzrə palatada üç hakimin iştirakı ilə baxılacaq. Futbolçunun günahı sübuta yetirilərsə, onu 2 ildən 6 ilə qədər həbs cəzası gözləyir.

Məsələ ilə bağlı məhkəməyə şikayət ərizəsini DİS investisiya fondu təqdim edib. Bu fond Neymarın transfer hüquqlarının bir hissəsinə sahib olub. Fond əməkdaşları iddia edirlər ki, Neymar "Barselona"ya daha yüksək məbləğ transfer edilsə də, sənədlərdə aşağı məbləğ göstərilib. Buna görə də, fondun Neymarın transferindən gələn gəliri az olub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!