USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dili bilməyən tələbə universitetdən xaric edilir - Kamal Abdulla

“QəbuldASAN” verilişinin budəfəki qonağı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla oldu. O, təxminən bir saat ərzində müxtəlif səpkili sualları cavablandırdı.

Kamal Abdulla VI Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib. Oktyabrın 29-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının hesabat yığıncağından danışıb. “Azərbaycan Multikuralizmi” dərsliyinin  ingilis dilində nəşrindən məlumat verib. 

Rektor Azərbaycan Dillər Universitetində görülən işlər danışıb. “Bir günlük xəlifə” layihəsindən danışarkən rektor qeyd edib ki, layihə müddətində verilən təkliflərin böyük əksəriyyəti yerinə yetirilir. Xatırladım ki, “Bir günlük xəlifə” layihəsi çərçivəsində tələbələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edir. 

ADU-dan tələbələr ASAN Radioda təcrübə keçirlər və biz görürük ki, əksər hallarda xarici dildə danışa bilmir, dil bilgiləri zəif olur, bu nə ilə bağlıdır? - sualına rektorun cavabı belə olub: "Dünyanın bütün universitetlərində tələbələr eyni deyil və ola da bilməz. Kim ki dili bilmir, o universitetdən xaric edilir."

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!