USD - 1.7 EUR - 1.9288 RUB - 0.0264 TRY - 0.311 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycan və İran dövlət sərhədində Novruz belə qeyd edildi - FOTOLAR Sabah hava necə olacaq? Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti artırılıb Quba-Xınalıq yolu  bağlandı - qar uçqunlarına görə Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
Həbib Nurməhəmmədovla bağlı son qərar veriləcək

Mütləq Döyüş Çempionatının (UFC) prezidfenti Deyn Uayt rusiyalı idmançı Həbib Nurməhəmmədovun cəzası ilə bağlı gözlənilənlər haqqında fikir bildirib.

Uayt  Nurməhəmmədovun Konor Makqreqor ilə keçirilən yarışdan sonra dava salmasına toxunaraq deyib: "Hər şey Nevada Atletizm Komissiyasının əlindədir. Bilmirəm, nə olacaq. Dekabrda bilinəcək. Ümid edirəm edirəm ki, Həbibi 6 aylıq yarışlardan uzaqlaşdıracaqlar".

O, UFC-nin rusiyalı döyüşçüyə əlavə sanksiyalar tətbiq etməyəcəyini də vurğulayıb.

Xatırladaq ki, Həbib Nurməhəmmədovla Konor Makqreqor arasında döyüşdən sonra zalda dava düşüb. Həbib Konora qalib gələndən sonra irlandiyalının ona söz atan və təhqir edən məşqçilərini vurduğu üçün cərimə olunub. Həm o, həm də Makqreqor müvəqqəti olaraq döyüşlərdən kənarlaşdırılıblar. Nurməhəmmədova döyüşdən qazandığı qonorarın cəmi 50 faizi ödənilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio