USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Lionel Messi özünün xeyriyyə fondu vasitəsilə çirkli “pulları yumaqda” ittiham edilib

“Todo Noticias” telekanalının yaydığı məlumata görə, Argentina prokuroru Pablo Turano “Barselona” komandasının futbolçusu Lionel Messini və onun atasını çirkli “pulları yumaqda” ittiham edib.

 

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, prokuror “Leo Messi” xeyriyyə fondundan çirkli “pulların yuyulması” üçün istifadə edilməsi ehtimalına görə, bu fondun fəaliyyətinin yoxlanmasını xahiş edir. İttiham tərəfinin fikrincə, fondun aldığı ianələr ofşor zonalarındakı hesablara köçürülürmüş. Bu təhqiqatın davam etdirilməsi üçün kifayət qədər əsas olub-olmadığını məhkəmə müəyyən etməlidir.

 

Turano Messiyə qarşı bu ittihamları Fondun sabiq əməkdaşlarından biri məhkəmədə ifadə verəndən sonra irəli sürüb. Həmin şəxsin sözlərinə görə, alınmış ianələr sosial layihələr üçün istifadə edilməyib.

 

Argentinalı futbolçunun bundan əvvəl də vergidən yayınma ilə əlaqədar problemləri olub. 2017-ci ildə Messini vergidən yayındığına görə Barselona məhkəməsi onun 21 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb, lakin o vaxt futbolçu 255 min avro cərimə ödəyərək həbsdən yaxa qurtarıb.

 

Messi 2004-cü ildən “Barselona”nın heyətində çıxış edir. Bu müddətdə o, doqquz dəfə İspaniya çempionu, beş dəfə İspaniya kubokunun sahibi, dörd dəfə Çempionlar Liqasının qalibi olub və beş dəfə “Qızıl top” mükafatına layiq görülüb.

 

Argentina yığmasının heyətində oynayarkən Messi 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi olub. Bu hücumçu dörd dəfə dünya çempionatlarında iştirak edib. Argentina yığması ən yaxşı nəticəni 2014-cü ildə Braziliyada göstərərək gümüş medallara layiq görülüb.

 

AZƏRTAC xatırladır ki, Messi həmin turnirin ən yaxşı oyunçusu hesab edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!