USD - 1.7 EUR - 1.9515 RUB - 0.0254 TRY - 0.3115 DAHA ÇOX
SON DƏQİQƏ
“Barselona” futbol klubu tarixə düşüb Xarici valyutaların manata qarşı məzənnələri Azərbaycanın bütün ərazisini əhatə edəcək mütərəqqi kitabxana sistemi yaradılacaq Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı Qərargah yaradılıb “ASAN”a konsulluq xidmətləri göstərilməsi hüququ verilib
“ASAN xidmət”ə 25 milyonuncu müraciət 

“ASAN xidmət”ə 25 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

ASAN Radio xəbər verir ki, bu müraciət 5 saylı Bakı “ASAN xidmət” mərkəzinə Bənövşə Rzayeva tərəfindən edilib. O, Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb.

25 milyonuncu müraciətin sahibi kimi Bənövşə Rzayeva Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tərəfindən təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Hazırda 15 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio