20/11/2018 01:55

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9377 0.0257 0.3178


Rəsmi

Ağdamda əkin sahələrinin suvarma suyu ilə təminatına 2,5 milyon manat ayrılıb


05.11.2018   18:15


Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 5-də “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

ASAN Radio xəbər verir ki, Ağdam rayonunun əhalisi 26265 nəfər olan 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun layihələndirilməsi və qazılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 2,5 milyon manat ayrılıb.














ASAN Radio telefonunuzda
Facebook