20/11/2018 01:55

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9377 0.0257 0.3178


İdmandasan

Məhəmməd Salahın heykəli sosial şəbəkələrdə lağa qoyulub


05.11.2018   17:36


Misirdə “Liverpul” klubunun hücumçusu Məhəmməd Salahın şərəfinə heykəl qoyulub. Futbolçunun heykəli Misir gəncləri üçün ümid rəmzi kimi düşünülsə də, dərhal sosial şəbəkələrdə tamamilə gülünc bir şey kimi lağa qoyulub.

ASAN Radio xəbər verir ki, heykəldə təsvir olunan Salahın vücudu kiçik, qolları və ayaqları nazik, başı isə böyükdür.

Bundan əlavə, onu “Yuventus”un hücumçusu Kriştianu Ronaldunun yaxın keçmişdə Madeyra aeroportunda qoyulmuş uğursuz heykəli ilə müqayisə ediblər. Qeyd edək ki, Ronaldunun heykəli sonralar yenisi ilə əvəzlənib.

Salahın heykəli Şərm-əş-Şeyxdə gənclər forumunda təqdim edilib. Onun müəllifi Mai Əbdül Allahdır.














ASAN Radio telefonunuzda
Facebook