USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Roma Papası dağ yəhudiləri ilə görüşdü

5 noyabr tarixdə Vatikanda Roma Papası Fransisk əslən Azərbaycanın Quba rayonundan olan iş adamı, Ümumdünya Dağ Yəhudiləri Konqresinin rəhbəri Akif Gilalovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Papa tarixdə ilk dəfə olaraq fərqli ölkələrdən gələn dağ yəhudilərinin ravvinləri ilə görüşüb. 

ASAN Radio xəbər verir ki, Roma Papası söhbət zamanı antisemitizm fenomeninin hələ aradan qaldırılmadığını acı bir şəkildə ifadə edib. "Mən dəfələrlə xatırladıram ki, bir xristian antisemit ola bilməz", - deyə Papa Fransisk bildirib. O əlavə edib: "Bizim ümumi köklərimiz var və bu cür hisslər imanımıza  və həyatımızın özünə zidd olan amildir."

Pontifik yəhudilər və katoliklər arasındakı dostluğun əhəmiyyətini vurğulayaraq, bu dostluğun köklərinin xilas tarixində yatan bir qardaşlığa əsaslandığı söyləyib.  

Roma Papası Fransisk iki il əvvəl Azərbaycan səfərində dinlərarası görüşdə iştirak etdiyini və dinlərin harmonik bir yerdə yaşaması imkanına əmin olduğunu qeyd edib. Dialoq nifrət olduğu yerdə sevgini oyandırır və biz şiddətə deyil, "səbrli barışıq proseslərinə" əsaslanan qərarların bir dövründə yaşayırıq, - Papa deyib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!