USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident və xanımı yeni hipermarketin açılışında

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 7-də “Bravo” marketlər şəbəkəsinin metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən yeni hipermarketinin açılışında iştirak ediblər.

 

Hipermarketdə yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verildi. “Bravo” Azərbaycanın ən böyük hipermarket şəbəkəsi hesab olunur.

 

Bildirildi ki, inşasına ötən ilin mayında başlanılan bu ticarət obyektinin ümumi sahəsi 7 hektardan, ticarət sahəsi isə 8 min kvadratmetrdən artıqdır. Hipermarketin qapalı və açıq avtodayanacığının sahəsi 11 min kvadratmetrdən çoxdur. Bu dayanacaqlarda eyni vaxtda 800-ə yaxın avtomobil saxlanıla bilər. Zövq oxşayan müasir tərtibatlı hipermarketdə bazarlıq üçün hərtərəfli imkanlar var. Müştərilərə ən geniş çeşiddə müxtəlif növ məhsullar təqdim edilir. Yeni hipermarketdə alıcılara həmçinin “Bravo” özəl ticarət markasına məxsus ərzaqlar, müxtəlif çeşiddə keyfiyyətli qeyri-qida məhsulları da təklif olunur.

 

Məlumat verildi ki, “Bravo” şəbəkəsinə məxsus market və hipermarketlərdəki ərzaq məhsullarının 90 faizindən çoxu yerli məhsullardır. Dövlətimizin başçısı bununla bağlı məmnunluğunu bildirdi və təbriklərini çatdırdı. Bu fakt ölkə iqtisadiyyatının digər sahələri ilə yanaşı, yerli ərzaq sənayesi sektorunun da sürətlə inkişaf etdiyini bir daha göstərir.

 

Burada “Bravo kafe”, uşaqlar üçün xüsusi zona, “Kapital Bank”, “McDonalds”, “Buta aptek” də fəaliyyət göstərəcək. Yeni iş yerlərinin açılması baxımından da “Bravo” hipermarketi əhəmiyyəti ilə seçilir. Belə ki, burada 335 nəfər işlə təmin olunub. Onların orta aylıq əməkhaqqı 540 manata yaxındır. Yeni istifadəyə verilən “Bravo” hipermarketi də şəbəkəyə aid digər yerlərdə olduğu kimi, peşəkar komandası ilə seçilir. Bir sözlə, mükəmməl xidmət üçün təlimli və təcrübəli işçi heyətin fəaliyyət göstərməsi burada müştərilərə nümunəvi xidmət etməyə imkan yaradacaq.

 

Ümumilikdə, indiyədək Bakı və Gəncə şəhərlərində “Bravo” şəbəkəsinə məxsus 27 mağaza, o cümlədən 3 hipermarket alıcıların ixtiyarına verilib. “Bravo” şəbəkəsinin əsas məqsədlərindən biri beynəlxalq standartlar səviyyəsində fəaliyyət göstərməklə yanaşı, yüksək keyfiyyətli innovativ məhsullar təklif etməkdir. Şəbəkənin bütün mağazaları müasir dizaynı ilə seçilir. “Bravo” şəbəkəsinə məxsus market və hipermarketlər daim yenilənən zəngin çeşid, qida təhlükəsizliyinə və gigiyenaya zəmanəti ilə də fərqlənir.

 

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sürətli iqtisadi inkişafa nail olunub və bu proses uğurla davam edir. Sürətli inkişaf Azərbaycanın hər yerində bütün sahələrdə, o cümlədən ən müasir ticarət infrastrukturunun yaradılmasında da özünü aydın göstərir. Təsadüfi deyil ki, ölkə iqtisadiyyatında qazanılan uğurlarda ticarət sahəsinin də ilbəil inkişafı və genişlənməsi vacib rol oynayır. Son illərdə ölkəmizdə ən müasir dünya standartlarına cavab verən ticarət, alış-veriş mərkəzləri istifadəyə verilib. Bu baxımdan “Bravo” hipermarketinin öz yeri var. Bu cür ticarət mərkəzlərinin yaradılması vətəndaşların, o cümlədən ölkəmizə gələn və sayı durmadan artan turistlərin rahatlığını təmin edir. Bununla yanaşı, bu müasir ticarət infrastrukturunun istifadəyə verilməsi paytaxtımızın iqtisadi potensialını nümayiş etdirərək, ümumilikdə, Azərbaycanın iqtisadi inkişafına xidmət edir. Böyük zövqlə inşa olunan bu hipermarket, eyni zamanda, yerləşdiyi ərazinin gözəlliyini artırmaqla, son dövrlərdə Bakının dünyanın ən müasir şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən işlərin davamlı olduğunu nümayiş etdirir. Bu layihənin icrası həm də dövlət-özəl biznes tərəfdaşlığının əyani nümunəsi olmaqla, ölkəmizdə iş adamları üçün yaradılan şəraiti və əlverişli investisiya mühitini, həmçinin son illərdə yeni iş yerlərinin açılması sahəsində həyata keçirilən tədbirlərin miqyasını göstərir.

 

Sonda xatirə şəkli çəkdirildi.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!