USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Polşanın XİN-nin müavini Bakıya gəlib

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasının xarici işlər nazirinin təhlükəsizlik, Şərq siyasəti və Amerika siyasəti üzrə müavini Baroş Çixotskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən ASAN Radioya verilən xəbərə görə, tərəflər iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə etdilər və ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələləri, o cümlədən iqtisadi, energetika, nəqliyyat, ticarət, kommunikasiya, kənd təsərrüfatı və digər sahələri üzrə geniş fikir mübadiləsi apardılar.

Nazir Elmar Məmmədyarov bölgədə mövcud olan geosiyasi və təhlükəsizlik vəziyyəti barədə qarşı tərəfə məlumat verərək, bu xüsusda həlli uzadılmış münaqişələrin bölgənin təhlükəsizliyinə əsas hədə olduğunu vurğuladı və Polşanın Azərbaycanın suverenlik, müstəqillik və ərazi bütövlüyünə verdiyi dəstəyinə görə təşəkkürünü ifadə etdi. Polşalı nazir müavini ölkəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də suverenlik və ərazi bütövlüyünə hörmət prinsipinə münasibətdə birmənalı mövqe tutduğunu və bu yanaşmanın bütün hallara münasibətdə eynilə tətbiq edilməsinin tərəfdarı olduğunu qeyd etdi.

Tərəflər iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafında əhəmiyyətli rol oynadığını bildirdilər. Ölkələr arasında mövcud olan dialoq tempinin gələcəkdə də qorunub saxlanılmasının əhəmiyyəti vurğulandı.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!