Mükəmməl alüminiumdan və şüşədən olan korpusda, altı rəngdən ibarət, iPhone XS-dakı unikal texnologiyaları özündə cəmləşdirən yeni iPhone XR Azərbaycanda yaxın günlərdə satışa çıxarılması gözlənilir.
Noyabrın 9-dan başlayaraq, Azərbaycandakı müştərilər öncədən sifarişi rəsmləşdirə bilərlər. Yeni modelin rəsmi satışları isə noyabrın 16-sı, cümə gününə planlaşdırılır. Alma Store satış nöqtələrində yeni iPhone XR modellərini üç gün ərzində (noyabrın 16, 17, 18-i) BirKart-la 18 aya qədər faizsiz taksitlə əldə etmək mümkün olacaq.
Xatırladaq ki, Alma Store Apple-ın Azərbaycandakı yerli və yeganə ekspertidir, buraya istənilən zaman yaxınlaşaraq, məhsullarla bağlı suallarınızı ünvanlaya və profesional səviyyədə məsləhət ala bilərsiniz.
Alma Store Mac kompüterlərin, iPhone smartfonlarının, iPad planşetlərinin və iPod musiqi pleyerlərinin bütün çeşidini, bununla yanaşı, aksesuar və proqram təminatı seçiminidə təklif edir.
Daha ətraflı məlumatı www.almastore.az saytından və ya satış nöqtələrindən ala bilərsiniz.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!