USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İmişli “ASAN Həyat” kompleksində konsert təşkil olundu

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə İmişli “ASAN Həyat” kompleksində konsert proqramı təşkil olundu. 

İmişli Rayon İcra Hakimiyyəti və “ASAN xidmət”in birgə təşkilatçılığı, ASAN Radionun media dəstəyi ilə gerçəkləşən konsert sakinlərə əsl bayram əhval-ruhiyyəsi yaşatdı.

Rəsmi hissədə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxış edərək, Dövlət Bayrağı Gününün elan olunması ilə bağlı tarixə nəzər saldı. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan Resursları və Təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev isə çıxışı zamanı bildirdi ki, Dövlət Bayrağı Günü bizim üçün həm bayram, həm də böyük bir məsuliyyətdir.

Rəsmi hissədən konsert proqramı yerli vokalçıların ifaları, müxtəlif rəqs nömrələri və idmançıların çıxışları ilə davam etdi. Ardınca görkəmli şair, dramaturq Cəfər Cabbarlının "Sevdiyim" şeiri əsasında hazırlanmış və yüzillik tariximizin əks olunduğu klip təqdim olundu. 

Əsərin bəstəkarı və ifaçısı əməkdar artist Tünzalə Ağayeva təqdimatdan sonra səhnəyə çıxaraq sevilən ifalarını səsləndirdi. Konsertdə böyük coşqu yaşandı.

“İmişli ASAN Həyat” kompleksində baş tutan ilk konsert proqramı DJ-lərin ifası ilə davam etdi. Tədbir proqramı ASAN Radionun efirindən canlı təqdim olundu. Konsertin yazısını efirimizdən dinləmək, foto və videoları rəsmi səhifəmizdən izləmək imkanı var.

Aparıcılar - həmkarlarımız Emin Musavi, Kəmalə Mustafayeva və Ruslan Zeynal idi.

“ASAN Həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər. “ASAN Həyat” kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!