USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Populyar idman və əyləncə kanalları ən son texnoloji yeniliklərlə Azərbaycanda!

Digiturk Azərbaycanın Caspium Group şirkətilə qurduğu əməkdaşlıq nəticəsində Azərbaycanda hədəflərini böyüdür.Türkiyənin lider rəqəmsal yayım platforması olan Digiturk Azərbaycanın bu sahədə fəaliyyətə başlamış şirkəti  Caspium Groupla iş birliyi gerçəkləşdirdi. İmzalanan 3 illik müqavilə çərçivəsində Digiturk  əyləncə və idman məzmunlu yüzlərlə kanalını  ən son texnologiyaya uyğun şəkildə tamaşaçılara təqdimetməklə, Azərbaycanda mövcud olan tamaşaçıların böyük bir kütləsinə xitab etməyi hədəfləyir.Yenilikçi çalışmalarla sektoruna öncüllük edən Digiturk beİN MEDİA GROUP-un güclü qatqısı ilə irəliləməkdə davam edir.

ASAN Radio xəbər verir ki, Azərbaycan bazarında hədəflərini böyüdən Digiturk Caspium Group MMC ilə önəmli bir əməkdaşlığın təməlini qoydu. Digiturk imzalanan  3 illik müqaviləyə əsasən  xidmət şəbəkəsini genişləndirdirərək mövcud müştərilərinə daha keyfiyyətli xidmət göstərməklə yanaşı, bazarda sürətlə böyüməyi hədəfləyir.  Noyabrın 8-i Bakıda Digiturkün yeni dönəmdə Azərbaycanda göstərəcəyi xidmətlər və hədəflərin açıqlandığı təqdimat mərasimi baş tutdu.  Digiturk marketinq və satışdan sorumlu qrup başqanı Erem Demircanla bərabər Digiturk satışdan sorumlu Başqanı Aydın Çamlıbel və Caspium Group şirkətinin icraçı direktoru Azər Cabbarovun da iştirak etdiyi tədbirdə platformanın həm mövcud abunəçilərə, həm də yeni müştərilərə daha geniş məzmunlu yayım təqdim ediləcəyi bildirildi. Digiturk yenilikləri ilə Azərbaycanda bazar payının əhəmiyyətli bir hissəsinə sahib olmağı hədəfləyir.  

Bu əməkdaşlıq ilə - Sizə sadəcə Digiturk yetər - vədimizə güc qazandırırıqTanıtım mərasimində Azərbaycanın Digiturk üçün əhəmiyyətli bir bazar olduğunu və bölgədəki potensialı dəyərləndirmək amacıyla sürətli və dinamik bir xidmət şəbəkəsi yaratdıqlarını bildirən Digiturk marketinq və satışdan sorumlu qrup başqanı Erem Demircan qeyd etd ki, Digiturk yarandığı ilk gündən indiyədək öncül bir texnoloji şirkət olaraq daim inkişaf etmişdir. Xüsusilə, beİN MEDİA GROUP ailəsinə qatılmaqla Digiturk hər coğrafiyada müştəriyə uyğun məhsul və xidmətlərin, zəngin məzmunlu kanalların, yenilikçi texnologiyaların birmənalı olaraq lideri olmaq hədəfi ilə  fəaliyyətini davam edir. O, bildirdi ki, Azərbaycan bizim üçün  xüsusi könül bağımızın olduğu özəl bir ölkədir. İmzaladığımız müqavilə nəticəsində sürətli, dinamik servis şəbəkəmiz sayəsində azərbaycandakı dostlarımız Digiturkün əyləncə və idman məzmunlu yüzlərlə kanalarından təşkil olunan yayımı ən son texnoligiya ilə izləyə biləcəklər. 3 illik nəzərdə tutulan anlaşmamız ilə Digiturkün yenilikçi və zəngin dünyasını sərhəddləri aşıb daha çox insanla paylaşaraq təqdim etdiyimiz xidmətdən faydalanan müştəri sayını artırmağı hədəfləyirik. Sizə sadəcə Digiturk yetər - vədimizə güc qazandıran bu əməkdaşlıqdan böyük xoşbəxtlik duyuruq.     

Daha sonra Caspium Group şirkətinin icraçı direktoru Azər Cabbarov çıxış edərək bildirdi ki, bugün dünyanın ən dinamik inkişaf edən, ən innovativ ölkələrində biri olan Azərbaycan Respublikasında müxtəlif sahələrdə müasir texnoloji yeniliklər tətbiq olunur. Rəqəmsal tv və radio xidmətləri də artıq dövrün tələbinə çevrilib. İndi Azərbaycan tamaşaçısı evində 100-lərlə müxtəlif dillərdə, fərqli ölkələrin tv kanlını seyr edə bilir. Bu gün biz bunların arasına daha birini- Digiturk video platformasını da qatırıq.

Dünyanın bir çox ölkəsində tamaşaçıların görüşünə gələn Digiturk platforması bizim Caspium Group şirkətilə imzalanmış müqaviləyə əsasən Azərbaycanda daha da böyüməyi, xidmət və yayın səviyyəsini daha da artırmağı hədəfləyir. Milli Televiziya və Radio Şurası şirkətimizə bu fəaliyyətin həyata keçirilməsi üçün müvafiq lisenziya verib. Azər Cabbarov qeyd etdi ki,  Azərbaycanda türk telviziya kanallarına tamaşaçı marağı böyükdür. Bu hər şeydən əvvəl aramızda dil fərqinin olmamasından irəli gəlir. Biz ümumilli liderimizin qeyd etdiyi kimi 1 millət 2 dövlətik. Azər Cabbarov bildirdi ki, Digiturk onlarla film, əyləncə, idman kanallarını yüksək HD keyfiyyətində tamaşaçılara təqdim edir. Digiturk platformasının Azərbaycanda ən böyük tələb gördüyü isə beİN sports kanallarında nümayiş olunan Spor Toto Super Lig maçlarıdır. Bu gün Azərbaycanda Fənərbaxça, Galatasaray, Beşiktaşın minlərlə tərəfdarı var və derbi oyunlarında Bakının küçələri eynilə İstanbuldakı kimi tərəfdarlarla dolur. Digiturklə birgə fəaliyyətimiz həm də Azərbaycanda idmanın, futbolun daha da inkişafına, təbliğinə və sevilməsinə xidmət edir. Ümidvarıq ki, yaxın illərdə bizim də qatqılarımızla Azərbaycanda futbolla məşğul olan gənclərin və azarkeşlər ordusunun sayı daha da artacaq.Sonra tədbir bədii hissə ilə davam etdi.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!