USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Məktəblilər Qubadakı “ABAD Factory” kompleksində istehsal prosesini izləyiblər 

Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Ağdam, Bərdə, Goranboy, Naftalan, Tərtər, Beyləqan, Ağcabədi, Xocavənd və Laçın məktəblərinin şagirdləri noyabrın 16-da Quba və Qusar rayonlarının görməli yerləri ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şimal bölgəsinə ekskursiyada 300-dən çox IX-XI sinif şagirdi iştirak edir.

Məktəblilər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin Quba şəhərindəki “ABAD Factory” İstehsalat Kompleksi ilə yaxından tanış olublar.

Məktəblilərin diqqətinə çatdırılıb ki, ümumi sahəsi 1500 kvadratmetrə yaxın olan müasir istehsalat kompleksində “ABAD”çılar 5 istehsal sahəsi üzrə fəaliyyət göstərir. Bura quru meyvələr, kompot, qənnadı, süd və ət məhsulları daxildir.

Sahibkarlıq fəaliyyətinin səmərəli təşkili məqsədilə Quba “ABAD Factory” ərazisində müvafiq infrastruktur yaradılıb. Burada 10 “ABAD”çı ailənin (30 nəfərə yaxın) fəaliyyət göstərməsi nəzərdə tutulub. Məhsul dövriyyəsi çoxaldıqca bu sayın 50 nəfərədək artırılması planlaşdırılır.

Kompleksdə “Pasha Holding”in dəstəyi ilə “ABAD Gastro Village” layihəsi və onun nəzdində olan “Food truck”lər (təkərli qoşqular) parkı salınıb. “ABAD Gastro Village”in səyyar şəkildə fəaliyyət göstərməsi şimal regionlarında yaradılmış turizm infrastrukturunu daha cəlbedici edir. “Truck”lər 5 istiqamət üzrə satış aparır. Bura dönər, burger, pizza, şirniyyat və “ABAD” etno-butiki daxildir.

Günün ikinci yarısında məktəblilər Quba rayonu ərazisində, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya ediblər.

Tur-aksiya iştirakçıları, həmçinin “Quba Palace” mehmanxana kompleksində və burada yerləşən Qolf Klubunda da olublar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!