UEFA Farer adalarına qalib gəldiyi oyunla (2:0) bağlı növbəti qərarını verib.
Sportal.az xəbər verir ki, Millətlər Liqasında doğma meydanda Farer adalarını məğlub etdiyimiz görüşdə Dmitri Nazarovun vurduğu qolu UEFA ilk öncə avtoqol kimi dəyərləndirmişdi.
Belə ki, Nazarovun zərbəsi müdafiəçinin ayağından qapıya daxil olduğuna görə qol Raqnar Nattestadın passivinə avtoqol kimi qeydə alınmışdı.
Ancaq daha sonra qrum bu qərarını dəyişərək qolu Dmitri Nazarovun ayağına yazıb.
XƏBƏR LENTİ