USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Çəki vahidi kimi "kiloqram" anlayışının tərifi dəyişə bilər

Uzunmüddətli araşdırmalardan sonra çəki vahidi kimi "kiloqram" anlayışının tərifinin dəyişdirilməsi üzrə layihə hazırlanıb. Hazırda istifadə etdiyimiz bu çəki vahidinin tərifi Parisdəki bir bank kassasında saxlanılan "Le Grand K" ("Böyük K") adlı platin külçə ilə ölçülür.

AZƏRTAC bildirir ki, alimlər Parisdə keçiriləcək Ağırlıq və Ölçü Konfransında ağırlıq çəki vahidini bu külçə ilə deyil, elektrik şiddəti ilə ölçməyi təklif edən layihəni səsə qoyacaqlar. İngiltərə Milli Fizika Laboratoriyasının mütəxəssisi Pardi Vilyams bu dəyişikliklə bağlı "kiloqram"ın çəki vahidi kimi populyar olduğunu, amma yeni sistemin daha mükəmməl işləyəcəyini deyib. O, dünya metrologiya tarixində inqilabi dəyişikliyə səbəb ola biləcək səsvermə gününü səbirsizliklə gözlədiyini vurğulayıb.

Layihə müəllifləri bildiriblər ki, 1889-cu ildən bəri beynəlxalq çəki vahidi kimi istifadə olunan "Le Grand K"nin bir neçə surəti var. Lakin bu külçə uzun illərdən sonra deformasiyaya uğrayıb və ağırlığı dəyişib. Onlar əlavə ediblər ki, bütün ağırlıqları tənzimləyən bu çəki vahidi müasir texnologiya - qabaqcıl farmakologiya, nanotexnologiya və həssas mühəndislik dövründə daha dəqiq olmalıdır. Bu səbəbdən artıq "Le Grand K"dan vaz keçməyin vaxtı gəlib.

Alimlərin qənaətinə görə, platin külçədəki dəyişiklik bir göz qırpımından da azdır. Lakin bu çox kiçik fərq böyük problemlərə yol aça bilər. İngiltərə Milli Fizika Laboratoriyasının kütlə spektrometriyası bölməsinin rəhbəri Stüart Devidson bildirib ki, yeni elektrik ölçümü daha dəqiq və sabit olacaq. Onun sözlərinə görə, Parisdəki külçə ilə götürülən çəki vahidi elmi cəhətdən qəbul oluna bilməz. "Parisdə saxlanılan platin külçə ilə onun surətləri arasında fərq olduğunu bilirik. İndi məqbul olan "Le Grand K" yüz ildən sonra öz dəyərini tamamilə itirəcək", -deyə Devidson əlavə edib.

Yeni çəki vahidi elektromaqnit dalğalarının yaratdığı ağırlıq gücü vasitəsilə ölçüləcək. Alman fiziki Maks Plankın kəşf etdiyi ağırlıq və elektrik şiddəti arasında əlaqəni ölçən Plank sabiti adlı mütənasiblik əmsalı yeni çəki vahidinin əsasını təşkil edəcək. Mütəxəssislər elektromaqnit dalğalarından keçən cərəyanın miqdarını 0,000001 dəqiqliklə ölçə bilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!