USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Belarusdan yeni hərbi texnika alacaq

Minsk və Bakı hərbi texnikanın növbəti partiyasının Azərbaycana çatdırılması üzrə yeni müqavilə hazırlayır.

Azvision.az “Belta”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenko ilə keçirdiyi görüşün yekununa dair jurnalistlərə verdiyi açıqlamasda deyib. 

 

Liderlərin Minskdə baş tutan ikitərəfli danışıqları nəticəsində silahlar və hava hücumundan müdafiə texnikaları ilə təchizat sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişafına dair Belarusun Hərbi-Sənaye Dövlət Komitəsi ilə Azərbaycanın Müdafiə Nazirliyi arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. 

 

“Belarusdan növbəti partiya hərbi texnikanın əldə edilməsi üçün ən qısa vaxtda bu memorandum müqaviləyə çevriləcək”, - deyə İlham Əliyev vurğulayıb. 

 

Prezident onu da bildirib ki, Azərbaycan bu sahədə Belarusla qarşılıqlı əməkdaşlıqdan məmnundur, çünki onların hərbi məhsulları çox keyfiyyətli və effektivdir: “Ona görə də, təsadüfi deyil ki, bizim ölkələrimiz arasındakı hərbi-texniki əməkdaşlıq artıq çox yaxşı tarixə, kifayət qədər böyük həcmə və genişlənməyə doğru yaxşı tendensiyaya malikdir”. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!