USD - 1.7 EUR - 1.9292 RUB - 0.0255 TRY - 0.3157 DAHA ÇOX
SON DƏQİQƏ
Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının V Qurultayı keçirilir Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyətini qəbul edib “ASAN xidmət”in yeni siması - Mr.ASANT İlham Əliyev: Başlıca məqsədlərimizdən biri uzunmüddətli perspektivdə ölkəmizin dinamik sosial-iqtisadi inkişafının davamlılığını təmin etməkdir Reynaldo yenidən “Qarabağ”da
Sabah yağış və qar yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ASAN Radioya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 10-12 dərəcə isti təşkil edəcək.

 

Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu, nisbi rütubət 85-95 faiz olacaq.

 

Azərbaycanın rayonlarında noyabrın 22-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti təşkil edəcək.

 

Noyabrın 22-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio