USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Aşqabaddakı Türkmən milli xalça muzeyi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Aşqabadda Türkmən milli xalça muzeyi ilə tanış olub.

ASAN Radio xəbər verir ki, bu muzey Türkmənistan Prezidentinin Sərəncamı ilə 1993-cü ildə yaradılıb. Məqsəd Türkmənistanın xalçaçılıq sənətini qorumaq və inkişaf etdirməkdir. Muzeyin yaradıldığı gün hər il ölkədə Türkmən Xalçası Günü kimi qeyd olunur.

Burada muzeylə yanaşı, “Türkmənxalı” Dövlət Birliyinin inzibati binası da var. Muzey binasının ümumi sahəsi 5 min kvadratmetrdən çoxdur.

Bu muzeydə 2 mindən çox xalça nümunəsi toplanılıb. Onların sırasında nadir eksponatlar da var. Burada miniatür xalça nümunələri ilə bərabər, əl ilə toxunan ən böyük xalça kimi Ginnesin rekordlar kitabına düşmüş ümumi sahəsi 301 kvadratmetr olan “Altın asır” xalçası da nümayiş etdirilir. Bu böyük xalça Türkmənistanın müstəqilliyini bərpa etməsinin 10 illiyi münasibətilə toxunulub. Muzeydə köhnə xalçaların bərpası da həyata keçirilir.

Burada, həmçinin müxtəlif səpkili mədəni tədbirlər, sərgilər, beynəlxalq forumlar və konfranslar da təşkil olunur. Bu muzey Türkmənistanın mühüm mədəniyyət mərkəzlərindən biri hesab edilir.

Dövlət başçısı muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!