USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Formula 1 yarışına Rusiyadan 3.5 min azarkeş gələcək

Bakıda ilk dəfə təşkil olunacaq “Formula-1” üzrə Avropa Qran Pri yarışına Rusiyadan 3,5 min azarkeş gələcək. Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov TASS-a deyib.

"Gecə vaxtı yarış olsa əlavə xərc də olacaq".

"Hazırda 2,5 min bilet satılıb. Rusiyalı azarkeşlərin minə yaxın bilet alması nəzərdə tutulub”. İcraçı direktorun sözlərinə görə, növbəti həftəyə qədər bütün biletlər satılacaq. “Demək olar ki, artıq bütün biletlər satılıb. Hər gün biletlərin satışı daha da artır. Bizim hesablamalarımıza görə, həftənin sonuna qədər bilet qalmayacaq. Tribunada biletin ən ucuz qiyməti 200 dollardır (300 AZN), ayaq üstə isə 90 dollar (135 AZN) təşkil edir". 

Arif Rəhimov qeyd edib ki, gələcəkdə ola bilsin ki, Formula 1 yarışı Bakıda gecə vaxtı keçirilsin. “Yarışların gecə keçirilməsi də müzakirə olunub. Bunu dostlar və azarkeşlər təklif edib artıq. Amma gecə vaxtı yarış olsa əlavə xərc də olacaq. Biz hər dəfə gərək trası yenidən bərpa edək, bu isə çox çətindi və ilk il üçün suallar kifayət qədər çoxdu. Baxarıq əgər bu dəfə alınsa, ola bilsin, gecə yarışını da keçirdik. Şəhərdə işıqlandırma sistemi əladır. Bu alınsa, çox gözəl görünəcək”, - deyə icraçı direktor bildirib. 

Formula 1 çempionatının təqviminə görə, hazırda Sinqapurda və Bəhreyndə gecə yarışı keçirilir. 

Bakıda keçiriləcək Formula 1 Avropa Qran Pri yarışının rəsmi elçisi Fernando Alonsodur. 17-19 iyun tarixlərində Bakıda keçiriləcək yarışda dünyanın ən güclü pilotları qalib adı uğrunda mübarizə aparacaqlar. Yarış 20 müxtəlif çətinlikli döngə və 6 km-lik uzunluğu olan 51 dövrədə tamamlanacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!