USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda “Youthvision” mahnı müsabiqəsi keçiriləcək

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Gənclər və İdman Nazirliyi tərəfindən 2013-2014-cü illərdə Heydər Əliyev Sarayında “Univiziya” tələbələrin I beynəlxalq mahnı yarışması keçirilib. Həmin yarışma ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında təşkil olunmuşdu. Bu ildən müsabiqənin əhatə dairəsi genişləndirilib və buraya 14-35 yaşlı gənclər cəlb edilib və müsabiqənin adı “Youthvision” olaraq dəyişdirilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova iyunun 7-də keçirdiyi mətbuat konfransında deyib.

S.Məmmədova bildirib ki, “Youthvision” mahnı müsabiqəsi bu il iyunun 22-24-də Heydər Əliyev Sarayında keçiriləcək. Müsabiqənin reallaşması təşəbbüsü Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına məxsusdur. Yarışma İttifaqla birgə Gənclər və İdman Nazirliyi tərəfindən keçiriləcək. Artıq müsabiqə ilə bağlı “youthvision.az” saytı yaradılıb. Müsabiqəyə qatılacaq iştirakçılar, münsiflər sayt vasitəsilə qeydiyyatdan keçərək müvafiq sənədləri doldurub, ifa olunacaq mahnıları təşkilat komitəsinə təqdim ediblər.

S.Məmmədova deyib ki, Təşkilat Komitəsi tərəfindən seçilən ən yaxşı ifaçılara müsabiqədə iştirak üçün dəvət məktubu göndərilib. Müsabiqədə Azərbaycan, Albaniya, Almaniya, Belarus, Braziliya, Finlandiya, Gürcüstan, Böyük Britaniya, İordaniya, İsrail, İran, İtaliya, Kolumbiya, Litva, Latviya, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Yunanıstandan gənc ifaçı və münsiflər iştirak edəcəklər. Müsabiqədə ilk dəfə səsləndirilən və ya tanınmış mahnılar ifa edilə bilər. Hər ölkəni öz münsifi təmsil edir. Münsiflər heyətinin hər bir üzvü öz ölkəsindən olan iştirakçıdan başqa digər iştirakçıların ifalarını 1, 2, 3, 4, 5, 6, 7, 8, 10 və ya 12 balla qiymətləndirə bilər. Ən yüksək bal toplayan iştirakçı müsabiqənin qalibi olacaq. İlk üç yerin qalibi pul və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!