USD - 1.7 EUR - 1.927 RUB - 0.0259 TRY - 0.3195 DAHA ÇOX
SON DƏQİQƏ
Məşhur amerikalı müğənni R.Kelly həbs olunub Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 20 dəfə pozub Bu gün ərzində Xocalı prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq “Qəbuldasan” verilişinin qonağı olan nazir Sahil Babayev 36 vətəndaş müraciətini cavablandırıb “ASAN Viza”ya “Radiant Launch” mükafatı təqdim olunub
Bakıda məktəbliləri aparan avtobus qəzaya düşdü

Bu gün səhər saat 07:45 radələrində Qobu qəsəbəsindən şəhər istiqamətində gələn yolda qəza baş verib.

Azvision.az xəbər verir ki, 217 nömrəli tam orta məktəbin şagirdlərinin olduğu avtobus qəzaya uğrayıb. Qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub. Onlardan 2 şagird və 2 valideyn daha ciddi xəsarət aldığı üçün təcili xəstəxanaya yerləşdirilib. 1 şagird və 1 valideynə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

 

Qəza zamanı xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstaxanasına və Respublika Klinik Xəstəxanasına yerləşdiriliblər. İlkin məlumata əsasən, nəqliyyat vasitəsi valideynlərin təşəbbüsü ilə Qobu qəsəbəsindən 217 nömrəli tam orta məktəbə şagirdlərin aparılıb-gətirilməsi üçün sifariş olunub.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azvision.az-a bildirilib ki, idarənin əməkdaşları xəstəxanada olub, xəsarət almış şagirdlərin vəziyyəti ilə maraqlanıblar.

 

Qeyd olunub ki, aparılan araşdırmanın nəticələrinə uyğun olaraq əlavə məlumat veriləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio