USD - 1.7 EUR - 1.8952 RUB - 0.0264 TRY - 0.2775 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycan Prezidenti: Bizim gücümüz birliyimizdədir Tereza Mey istefasını elan edib Hava şəraiti ilə bağlı proqnoz açıqlanıb Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq Prezident İlham Əliyev Rusiyanın Əmək və Sosial Müdafiə nazirini qəbul edib
Sabah ölkə ərazisində arabir yağış yağacaq

Azərbaycanda dekabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ASAN Radioya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 9-11 ° isti təşkil edəcək.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7, gündüz 8-13 ° isti, dağlarda gecə 3 ° şaxtadan 2 ° isti, gündüz 3-7 ° isti təşkil edəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio