USD - 1.7 EUR - 1.927 RUB - 0.0259 TRY - 0.3195 DAHA ÇOX
SON DƏQİQƏ
Məşhur amerikalı müğənni R.Kelly həbs olunub Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 20 dəfə pozub Bu gün ərzində Xocalı prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq “Qəbuldasan” verilişinin qonağı olan nazir Sahil Babayev 36 vətəndaş müraciətini cavablandırıb “ASAN Viza”ya “Radiant Launch” mükafatı təqdim olunub
Dənizdə batmaq təhlükəsi ilə üzləşən iki balıqçı xilas edilib

Xəzər dənizində, Heydər Əliyev adına Bakı dərin özüllər zavodu istiqamətində texniki nasazlıq səbəbindən batma təhlükəsi ilə üzləşən “SA-16129” nömrəli, “Yamaha-75” mühərrikli üzmə vasitəsinin iki nəfərdən ibarət heyəti kömək üçün Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinə müraciət edib.

 

DSX-nin mətbuat mərkəzindən ASAN Radioya bildiriblər ki, sahil nəzarəti bölməsi xidmətdə olan sərhəd gözətçi gəmisinə təhlükə ilə üzləşən üzmə vasitəsinin koordinatlarını ötürüb.

 

Texniki nasazlıq səbəbindən Makarov bankasının qərb istiqamətində sahildən 13 mil məsafədə dənizdə qalmış balıqçı qayığı sərhəd gözətçi gəmisinin dalğalı hava şəraitində həyata keçirdiyi axtarış-xilasetmə tədbirləri nəticəsində aşkarlanıb. Gəmi tərəfindən üzmə vasitəsi yedəyə alınıb. Qayıqdakı iki nəfər xilas edilərək sərhəd gözətçi gəmisinin göyərtəsinə götürülüb.

 

DSX-nin hərbi qulluqçuları tərəfindən xilas edilmiş şəxslər Bakı şəhər sakinləri Ququşev Nikolay Anatolyeviç və İbrahimov Ağasəf Sahib oğludur.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio