USD - 1.7 EUR - 1.9292 RUB - 0.0255 TRY - 0.3157 DAHA ÇOX
SON DƏQİQƏ
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyətini qəbul edib “ASAN xidmət”in yeni siması - Mr.ASANT İlham Əliyev: Başlıca məqsədlərimizdən biri uzunmüddətli perspektivdə ölkəmizin dinamik sosial-iqtisadi inkişafının davamlılığını təmin etməkdir Reynaldo yenidən “Qarabağ”da “Azeri Light”ın qiyməti 58,6 dollara düşüb 
Millət vəkili: Televiziyalar əxlaqsızlıq yayır

 “Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət kanalı və İctimai Televiziya istisna olmaqla, televiziyaların fəaliyyətini mənfi qiymətləndirirəm. Azərbaycan televiziyalarında xalqı elə təqdim edirlər ki, düşünürsən, doğrudanmı yer üzündə belə bir millət yaşayır...”

ASAN Radio “Report”a istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas deyib.

Deputat televiziyaların cəzalandırılmasını təklif edib: “Kimsə kiminsə başını qırxıb, qayınana gəlinlə dalaşıb və s. bütün müzakirələr bunlardır. Mətbuat Şurasının “qara siyahı”sı var, fəaliyyəti neqativ olan saytların adı ora daxil edilir, hətta hüquq-mühafizə orqanlarına müraciət olunur.

Milli Televiziya və Radio Şurasında da belə bir siyahı olmalıdır. Quruma səlahiyyət verilməlidir ki, televiziyaları cəzalandırsın, cərimə tətbiq etsin. Televiziyalar əxlaqsızlıq yayır. Deputat Gövhər Baxşəliyeva deyir ki, rus məktəbləri lazım deyil. Camaat uşağını rus məktəbinə qoyur ki, heç olmazsa Rusiya televiziyalarına baxa bilsinlər. Azərbaycan kanallarına baxıb nə öyrənəcəklər?”

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio