USD - 1.7 EUR - 1.927 RUB - 0.0259 TRY - 0.3195 DAHA ÇOX
SON DƏQİQƏ
“Srebrenitsa anaları” Assosiasiyasının nümayəndə heyəti Milli Məclisdə olub Prezident İlham Əliyev banqladeşli həmkarına başsağlığı verib Şəki regional “ASAN xidmət” mərkəzində miqrasiya sahəsindəki yeniliklər barədə məlumat verilib Maliyyə bazarlarında yoxlama aparılacaq - Qanun dəyişdi HHM bölmələrinin döyüş atışlı təlimləri keçirilib - VİDEO
Corc Buş dəfn olundu

ABŞ-ın 41-ci prezidenti, noyabrın 30-da 92 yaşında vəfat etmiş ata Corc Buş dünən axşam Texas ştatında dəfn olunub.

Buşlar ailəsinin rəsmi nümayəndəsi Cim MakQrat Twitter-dəki profilində yazıb: "Birləşmiş Ştatların sabiq prezidenti Corc Herbert Uoker Buş bu gün Buş kitabxanasının ərazisində əbədi rahatlıq məkanı əldə etdi".

Ata Corc Buş Texas Kənd Təsərrüfatı və Maşınqayırma Universitetinin nəzdində yaradılmış, onun adını daşıyan Prezident Kitabxanasının ərazisində, Kollec Steyşn şəhərində hərbi mərasimlə dəfn olunub.

Qapalı mərasimdə mərhumun ailə üzvləri, keşişlər, fəxri qarovul tağımı və hərbi orkestr iştirak edib.

Ata Corc Buş xanımının, bu ilin aprelində 90 yaşında vəfat etmiş Barbara Buşun və qızı Robinin yanında torpağa verilib. Robin Buş 1953-cü ildə leykemiyadan vəfat edib.

Corc Buşun nəşi Hyuston şəhərindən Kollec Steyşə xüsusi qatarla çatdırılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio