USD - 1.7 EUR - 1.9292 RUB - 0.0255 TRY - 0.3157 DAHA ÇOX
SON DƏQİQƏ
Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının V Qurultayı keçirilir Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyətini qəbul edib “ASAN xidmət”in yeni siması - Mr.ASANT İlham Əliyev: Başlıca məqsədlərimizdən biri uzunmüddətli perspektivdə ölkəmizin dinamik sosial-iqtisadi inkişafının davamlılığını təmin etməkdir Reynaldo yenidən “Qarabağ”da
Ərdoğan Putindən xahiş edib: “Dənizçiləri azad edin”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putindən Kerç insidenti zamanı ələ keçirilən ukraynalı dənizçiləri sərbəst buraxmasını xahiş edib. 

Azvision.az xəbər verir ki, bu barədə Ərdoğan özü jurnalistlərə açıqlamasında deyib.

“İnsidentdən sonra mən hər iki tərəflə - əvvəlcə Putinlə, sonra Poroşenko (Ukrayna prezidenti) ilə telefonla danışdım, daha sonra isə Argentinada (“G20” sammitində) söhbət etdik. Dənizçilərin azad edilməsi barədə xahişi Putinə çatdırdım. Hadisələrin inkişafına baxacağıq və ümid edirəm ki, onlar bu xahişi müsbət qarşılayacaqlar. Bildiyim qədərilə, indi insidentin araşdırılması prosesi gedir. Araşdırmadan sonra qərar qəbul olunacaq. Bu cür hallarda biz sadəcə xahiş edə bilərik, bundan o tərəfə keçməyəcəyik”, – deyə Ərdoğan bəyan edib. 

Qeyd dək ki, 25 noyabrda Rusiya Ukraynaya məxsus 2 kiçik artilleriya və bir yedək gəmisini Kerç boğazından keçərək Azov dənizinə daxil olmağa çalışarkən ələ keçirib. Gəmilərin 24 nəfərlik heyət üzvləri də saxlanılıb. Kerç insidenti Moskva ilə Kiyevin münasibətlərində yeni gərginlik yaradıb. Poroşenko bunu təcavüz aktı kimi qiymətləndirsə də, Kreml Rusiyanın su sərhədlərinin pozulduğunu iddia edir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio