USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ASAN ödəniş” sistemindən daha bir yenilik

İnzibati cərimələr və məhkəmə qərarlarının icrası üzrə ödənişlərin həyata keçirilməsini  nəzərdə tutan www.asanpay.az portalı istifadəçi rahatlığı baxımından yenilənib. Belə ki, portala bir sıra yeni funksiyalar əlavə olunub. 

Yeni funksiyalardan biri “ASAN ödəniş” portalı vasitəsilə vətəndaşın cari vaxta cəriməsinin olub - olmaması barədə çıxarışı əldə edə bilməsidir. Bunun üçün www.asanpay.az portalı üzərindən şəxsi kabinetdə “Çıxarışlar” bölməsinə daxil olmaq kifayətdir. 

 “ASAN ödəniş” sisteminin istifadəçilərə yaratdığı digər imkanlardan biri də inzibati tənbeh tətbiq edilməsi ilə bağlı qərarlara dair məlumatların vətəndaşlara ödənişsiz olaraq SMS vasitəsilə göndərilməsidir.  

Yeni qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinə əsasən İnzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar vətəndaşların  “ASAN ödəniş” portalı üzərindən şəxsi kabinetində yerləşdirilməyənədək vətəndaşdan ödəniş tələb edilə bilməz.  

Qeyd edək ki, vətəndaşlar ödənişlərini www.asanpay.az portalı üzərindən bank kartları ilə yanaşı, “ASAN ödəniş” terminalları vasitəsilə nağd formada da həyata keçirə bilərlər. Ödəniş terminalları hazırda Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin inzibati binasında, “SOCAR” yanacaqdoldurma məntəqələrində, cərimə meydançalarında, avtomobil dayanacaqlarında, ticarət mərkəzlərində və əhalinin intensiv toplaşdığı digər ictimai yerlərdə quraşdırılıb. Terminallar şəbəkəsi gələcəkdə daha da genişləndiriləcəkdir.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!