USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirini qəbul edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ASAN Radio xəbər verir ki, dövlətimizin başçısı Bekir Pakdemirlini kənd təsərrüfatı və meşəçilik naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək, onun ilk dəfə nazir kimi Azərbaycana səfərindən məmnunluğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu dedi. Kənd təsərrüfatının inkişafına ölkəmizdə böyük önəm verildiyini deyən dövlətimizin başçısı bunun iqtisadiyyatın şaxələndirilməsi baxımından əhəmiyyətini qeyd etdi. Prezident İlham Əliyev Türkiyənin kənd təsərrüfatı sahəsində əldə etdiyi uğurların və təcrübənin Azərbaycan üçün böyük maraq doğurduğunu dedi. Dövlətimizin başçısı Bekir Pakdemirlinin Bakıda aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda keçirilən beynəlxalq forumda iştirakının əhəmiyyətini vurğuladı və onun Azərbaycana bu səfərinin əməkdaşlığın perspektivlərinin səmərəli müzakirəsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

 

Kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, Bakıda aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda keçirilən beynəlxalq forumun əhəmiyyətinə toxundu, ölkəmizə böyük nümayəndə heyəti ilə gəldiyini dedi və nümayəndə heyətinin tərkibinə kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərən iş adamlarının da daxil olduğunu bildirdi.

 

Söhbət zamanı kənd təsərrüfatı sahəsində çalışan Azərbaycan və Türkiyə iş adamlarının dekabrın 11-də Bakıda birgə biznes forumunun keçiriləcəyi və bunun əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyətli olacağı vurğulandı.

 

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!