USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Prezidenti Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviçi qəbul edib.

ASAN Radio xəbər verir ki, dövlətimizin başçısı, ilk növbədə, Arkadi Dvorkoviçi Beynəlxalq Şahmat Federasiyasının prezidenti kimi yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı. Prezident İlham Əliyev Arkadi Dvorkoviçin bu vəzifəyə seçilməsindən sonra qısa bir zaman ərzində Azərbaycana səfərinin önəmini qeyd edərək, bunu ölkəmizin şahmat ənənələrinə diqqət və hörmət əlaməti kimi dəyərləndirdi. Dövlətimizin başçısı Arkadi Dvorkoviçin səfəri zamanı Azərbaycanla FIDE arasında əməkdaşlığın perspektivləri, ölkəmizin dünya şahmat ailəsində fəal iştirakı və qarşılıqlı fəaliyyəti ilə bağlı məsələlər ətrafında səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu bildirdi.

 

Xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirən Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç Azərbaycana səfərindən və Prezident İlham Əliyevlə görüşündən şərəf duyduğunu dedi. O, ölkəmizin FIDE-yə verdiyi dəstəyi yüksək qiymətləndirərək, bunun təşkilatın fəaliyyətində daim hiss olunduğunu vurğuladı. Arkadi Dvorkoviç, eyni zamanda, Azərbaycan nümayəndəsinin FIDE-nin vitse-prezidenti vəzifəsinə seçilməsinin əhəmiyyətini qeyd etdi.

 

Görüşdə Azərbaycanda idmana, o cümlədən şahmata dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyi vurğulandı.

 

Söhbət zamanı Arkadi Dvorkoviç “Skolkovo” Fondunun sədri kimi rəhbərlik etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığa önəm verdiyini, artıq telekommunikasiya sahəsində birgə işlərin aparıldığını dedi və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!