USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir

Ulu öndər Heydər Əliyevin vəfatından 15 il ötür. Dekabrın 12-də səhər saatlarından başlayaraq, insanlar axın-axın Fəxri xiyabana gəlir, Ümummilli Liderin məzarı önündən keçərək xatirəsini ehtiramla anırlar. Fəxri xiyabanda yaşanan izdiham xalqın öz böyük oğluna əbədi məhəbbətini təcəssüm etdirir.

AZƏRTAC xəbər verir ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər arasında cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar - hərbçilər, təhsil, mədəniyyət və tibb müəssisələrinin nümayəndələri, müharibə və əmək veteranları, tələbələr, şagirdlər və başqaları var.

Ulu Öndərin xatirəsi hər bir vətənpərvər azərbaycanlı üçün əziz və müqəddəsdir. Çünki Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Xalqımız bütün şüurlu həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş Ümummilli Liderini heç vaxt unutmur və unutmayacaq.

Hazırda təkcə paytaxtda deyil, Azərbaycanın bütün bölgələrində, həmçinin xarici ölkələrdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimləri keçirilir.

Fəxri xiyabana insan axını davam edir. Ziyarətçilər buraya həm sonsuz qürur hissi, həm də sarsılmaz inamla gəlirlər. Azərbaycan Heydər Əliyev ideyalarının işığında sürətlə inkişaf edir, onun dünya miqyasında nüfuzu getdikcə artır. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində ölkəmiz möhtəşəm nailiyyətlər qazanır, ictimai-siyasi sabitlik qətiyyətlə qorunub saxlanılır.

Fəxri xiyabanda yaşanan izdiham bir daha göstərir ki, Heydər Əliyev mənən xalqı ilə birlikdədir, onun parlaq ideyaları yalnız bu günümüzə deyil, gələcəyə aparan yollarımıza da işıq saçır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!