USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Kiyevdə Heydər Əliyev adına parkda anım mitinqi keçirilib

Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Kiyevdə Heydər Əliyev adına parkda ulu öndərin heykəli önündə anım mitinqi keçirilib.

Azərbaycanın Ukraynadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, anım mitinqində Ukraynada fəaliyyət göstərən Azərbaycan şirkətlərinin təmsilçiləri, tələbələrimiz, diaspor nümayəndələri, yerli vətəndaşlar iştirak ediblər.

İştirakçılar ilk öncə ulu öndərin heykəli önünə tər çiçəklər düzərək, xatirəsini ehtiramla yad ediblər.

Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində göstərdiyi misilsiz xidmətlərdən danışan ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Onun misilsiz xidmətləri, qurduğu uğurlu strategiyası nəticəsində Azərbaycan dünyada seçilən güclü dövlətlərdən birinə çevrilib.

Sonra Ukraynada Azərbaycan diasporunun fəalı Akif Gülməmmədov, “SOCAR Energy Ukraine” şirkətinin baş direktoru Elçin Məmmədov ümumilli liderin Azərbaycan xalqı qarşısında gördüyü unudulmaz xidmətlərdən danışıblar. Dünya Azərbaycanlılarının milli dövlətçilik ideologiyası ətrafında birləşməsində ulu öndərin tarixi xidmətlərindən bəhs edən natiqlər ömrünü xalqımızın və dövlətimizin xoş və parlaq gələcəyinə həsr etmiş Heydər Əliyev dühasının heç zaman unudulmayacağını vurğulayıblar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!