USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Şarapova tennisdən uzaqlaşdırıldı

Dünyaca məşhur tennisçi  Mariya Şarapovanın dopinqdən istifadəyə görə cəzası məlum olub.Orqanizmində istifadəsi qadağan olunan dərman preparatı tapılan ulduz idmançı 2 il müddətinə diskvalifikasiya olunub. Bu barədə Beynəlxalq Tennis Federasiyası məlumat yayıb.

Rusiyalı tennisçinin cəzası 2016-cı ilin yanvar ayının 26-dan başlayır. Həmin gün Avstraliya açıq turnirində Şarapovanın qanında “meldoni” tapılıb.

Beləliklə, məşhur idmançı Rioda keçiriləcək Olimpiya oyunlarını buraxmalı olacaq. Həmçinin tennisçinin Avstraliya açıq turnirindəki xalları hesablanmayacaq.  

Bir müddət əvvəl Mariya Şarapovanın qanında dopinq tapılıb. Bu barədə idmançı özü ABŞ-da mətbuat konfransı keçirərək məlumat vermişdi.

Beynəlxalq Tennis Federasiyası (ITF) tennisçini bir müddət yarışlardan uzaqlaşdırıb. Bu qadağa onun işi haqqında yekun qərar verilənə kimi davam edib. 

Şarapova idmandan əlavə çox sayda reklam çarxlarında da rol alıb. "Forbes"in siyahısına düşən Şarapova ildə 30 milyon dollarlıq gəliri ilə 2015-in ən çox qazanan qadın idmançılarından olub. Bu gəlirin isə ancaq 7 milyon dolları idman sahəsindən olub.

Lakin dopinq qalmaqalından sora bəzi şirkətlər gözəl idmançı ilə əməkdaşlıqdan imtina etməli olublar. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!