USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ASAN Radio xəbər verir ki, dövlətimizin başçısı Sergey Morozovun Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru vəzifəsinə təyin olunmasından keçən qısa bir müddət ərzində Azərbaycana səfər etməsindən məmnunluğunu bildirdi və bunu uğurlu əməkdaşlığımızın təzahürü kimi dəyərləndirdi. 

 

Prezident İlham Əliyev Azərbaycanla Həştərxan arasında tarixi əlaqələrin mövcud olduğunu qeyd edərək, bu gün əməkdaşlığın genişləndiyini və birgə layihələrin həyata keçirildiyini vurğuladı və bütün bunların Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyini bildirdi. Həştərxanda Azərbaycan İşgüzar Mərkəzinin fəaliyyət göstərdiyini, Bakıda da Həştərxan İşgüzar Mərkəzinin inşasına başlanıldığını qeyd edən dövlətimizin başçısı təhsil, mədəniyyət sahələrində əməkdaşlığın yaxşı səviyyəsindən məmnunluğunu ifadə etdi və turizm sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük perspektivlərin mövcud olduğunu dedi. Prezident İlham Əliyev bir daha Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əməkdaşlığın uğurla və davamlı şəkildə inkişaf edən Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin inkişafına töhfə verdiyini bildirdi və ikitərəfli əlaqələrimizin genişləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və müxtəlif beynəlxalq səviyyədə təmaslarının rolunu xüsusi olaraq qeyd etdi.

 

Xoş sözlərə və qəbula görə minnətdarlığını bildirən Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozov Rusiya Prezidenti Vladimir Putinin Xəzəryanı ölkələrlə əməkdaşlığın genişləndirilməsi barədə tapşırıqlar verdiyini qeyd edərək ilk səfərini Azərbaycana həyata keçirdiyini məmnunluqla vurğuladı. O, nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərək Bakıdakı inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi. Həştərxan vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyən Sergey Morozov bunun Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafı işinə xidmət etdiyini bildirdi.

 

Sonra Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozov Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında səmərəli əməkdaşlığın inkişafına və dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə Prezident İlham Əliyevə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordenini təqdim etdi.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!