Çexiyanın Baş naziri Andrey Babiş Nazirlər Kabineti Aparatının əməkdaşlarının "Huawei" markalı mobil telefonlardan istifadəsini qadağan edib.
Trend-in məlumatına görə, buna səbəb Çexiyanın Kibernetik Təhlükəsizlik üzrə Milli İdarəsinin rəhbəri Duşan Navratilin Çinin "Huawei" və ZTE firmalarının məhsullarının ölkə üçün təhdid yaratması ilə bağlı bəyanatı olub.
D.Navratil bildirmişdi ki, rəhbərlik etdiyi qurum bu firmaların məhsullarının respublikanın təhlükəsizliyinə təhdid törətdiyini hesab edir.
Onun sözlərinə görə, Çin qanunları ölkədə çalışan özəl şirkətlərdən kəşfiyyat fəaliyyətində əməkdaşlıq etməyi tələb edir.
Bundan başqa, İdarənin hesabatında qeyd olunur ki, ölkədə Çin xüsusi xidmət orqanlarının fəaliyyəti, xüsusən də sənaye casusluğu sahəsində aktivləşib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!