USD - 1.7 EUR - 1.9288 RUB - 0.0264 TRY - 0.311 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycan və İran dövlət sərhədində Novruz belə qeyd edildi - FOTOLAR Sabah hava necə olacaq? Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti artırılıb Quba-Xınalıq yolu  bağlandı - qar uçqunlarına görə Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
Ermənistan əhalisinin sayı azalmaqda davam edir

Ermənistan 2018-ci ili iqtisadi və demoqrafik problemlərlə başa vurub. Bunu statistik hesabatlardan aydın görmək mümkündür. Belə ki, iqtisadi sahədə 10,3 faiz, kənd təsərrüfatı sahəsində 8,3 faiz azalma müşahidə olunub.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, ötən ilin yanvar-noyabr aylarında ixracat 2017-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalıb. Əvəzində idxaldan asılılıq 24,2 artıb. Ermənistan Statistika Komitəsinin açıqladığı məlumata görə, xarici borc 7 milyard dollara çatıb. Bir il ərzində xarici borc 95 milyon dollar artıb. 2019-cu ilin sonuna kimi isə Ermənistanın dövlət borcu təxminən 7,5 milyard dollar təşkil edəcək. Bu barədə Ermənistan Maliyyə Nazirliyinin dövlət borclarının idarə olunması idarəsinin rəisi Arşaluys Marqaryan bildirib. O deyib ki, bu məbləğ hökumətin və Ermənistan Mərkəzi Bankının xarici və daxili borclarını əhatə edir.

Son bir ildə Ermənistan əhalisi 15 min nəfərə yaxın azalıb. BMT-də müəyyən edilmiş demoqrafik yaşlanma miqyasına görə, 65 və daha yuxarı yaşda əhalinin sayı 7 faizdən çox olarsa əhali yaşlanır. Ermənistanda bu rəqəm 2018-ci ildə ilin əvvəli ilə müqayisədə 11,6 faiz təşkil edir. Doğum sayı isə 4,2 faiz azalıb. BMT-nin Dünya əhalisinin perspektivləri-2017 illik hesabatında qeyd olunub ki, demoqrafik göstəricilərin aşağı düşməsi səbəbindən yaxın gələcəkdə Ermənistan əhalisinin sayı 1 milyon 300 min nəfər azalacaq. Hazırda miqrasiya Ermənistanın ən ağrılı problemidir. Ölkəni tərk edənlər arasında gənclərin üstünlük təşkil etməsi isə təsadüfi deyil. İqtisadi problemlərlə yanaşı, onları narahat edən əsas məsələ ölkənin müharibə şəraitində olmasıdır. Gənclər özlərinə aid olmayan torpaqlar uğrunda ölmək istəmirlər. Bundan əlavə, miqrasiya edən əhalinin çox hissəsi ali təhsilli, iş qabiliyyəti olanlardır. Məktəblərdə və universitetlərdə tələbələrin sayı ildən-ilə azalır. Cəmiyyətin pessimist əhvali-ruhiyyəsinin əsas səbəbi korrupsiya, ölkədə mövcud olan qanunsuzluqlar, demokratik dəyərlərin və insan hüquqlarının tapdalanması, işsizlik və yoxsulluq hallarıdır ki, bu da əhalinin başqa ölkələrə getməsinə səbəb olan başlıca amillərdir. Hazırda Ermənistanda hər 4 nəfərdən biri xaricdə yaşamağa məcburdur.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio