USD - 1.7 EUR - 1.9396 RUB - 0.0272 TRY - 0.2933 DAHA ÇOX
SON DƏQİQƏ
Ermənistanın sabiq prezidenti yenidən həbs edilib BƏƏ-nin Yerli icma və inkişaf məsələləri üzrə naziri “ASAN xidmət”də Forum çərçivəsində Qərbi Balkan ölkələri, Gürcüstan və Azərbaycandan öyrənilmiş təcrübələr  müzakirə olunub Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib Silahlı Qüvvələr günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür
MİDA güzəştli mənzil almaq istəyənlərə müraciət edib

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən istifadəçilərin mənzil seçimi prosesində rahatlığını təmin etmək məqsədilə “Güzəştli mənzil” sistemində bir sıra təkmilləşdirmə (satışın başlanmasına 24 saat qalmış geri sayımın aktivləşməsi, səhifənin açılması və səhifədən səhifəyə keçid haqqında məlumatın ekranda görünməsi) işləri aparılıb.

Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, mənzil seçimi prosesinin bütün mərhələləri ilə yaxından tanış olmaq, “Elektron İmza” və ya “Asan İmza” sertifikatlarından və texniki avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirmək istəyənlər yanvarın 12-si saat 15:00-dan saat 15:30-dək keçiriləcək sistemin sınaq mühitində mənzil seçimi edə bilərlər.

Mənzil seçimində bütün əməliyyatlar “Elektron hökumət” portalı üzərindən real vaxt rejimində aparılır və mənzil seçimi prosesi yanvarın 25-də Yasamal Yaşayış Kompleksində keçiriləcək 174 mənzilin seçimi ilə identikdir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio