USD - 1.7 EUR - 1.9288 RUB - 0.0264 TRY - 0.311 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycan və İran dövlət sərhədində Novruz belə qeyd edildi - FOTOLAR Sabah hava necə olacaq? Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti artırılıb Quba-Xınalıq yolu  bağlandı - qar uçqunlarına görə Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
Kənd təsərrüfatı yükləri daşıyan vaqonlar dezinfeksiya olunur

Gürcüstanda insanlar arasında “donuz qripi” (A-H1N1 tipi) xəstəliyinin yayılmasını nəzərə alaraq onun ölkəmizə keçməsinin qarşısının alınması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsi ölkəmizə qonşu respublikadan daxil olan kənd təsərrüfatı yükləri daşınan vaqonlarda dezinfeksiya tədbirləri aparır.

Nazirlikdən ASAN Radioya verilən məlumata görə, həmçinin Rusiya, Ukrayna, Latviya, Belarusiya, Rumıniya, Argentina və digər ölkələrdən gətirilən vaqonlar kənd təsərrüfatına, o cümlədən baytarlığa aid yüklərdən boşaldıqdan sonra baytarlıq təyinatına əsasən dezinfeksiyaya göndərilir.

Vaqonların dezinfeksiyası Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsi tərəfindən Ələt yuma-dezinfeksiya məntəqəsində aparılır. Vaqonlar yuyulub dezinfeksiya olunduqdan sonra "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilir. Ələt yuma-dezinfeksiya məntəqəsi bütün lazımı dezinfeksiya maddələri ilə təmin edilib.

Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə saxlanılan donuzlar arasında “donuz qripi” (A-H1N1 tipi) xəstəliyi qeydə alınmayıb və epizootik vəziyyət sabitdir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio