USD - 1.7 EUR - 1.9396 RUB - 0.0272 TRY - 0.2933 DAHA ÇOX
SON DƏQİQƏ
Ermənistanın sabiq prezidenti yenidən həbs edilib BƏƏ-nin Yerli icma və inkişaf məsələləri üzrə naziri “ASAN xidmət”də Forum çərçivəsində Qərbi Balkan ölkələri, Gürcüstan və Azərbaycandan öyrənilmiş təcrübələr  müzakirə olunub Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib Silahlı Qüvvələr günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür
ATƏT-in yeni sədrinin inauqurasiyası olub

Yanvarın 10-da ATƏT-in Vyanada yerləşən baş katibliyində təşkilatın yeni sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın inauqurasiya mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən M.Layçak ölkəsinin sədrlik dövrü üçün hədəfləri barədə danışıb. Qeyd edib ki, sədrlik qarşıya ATƏT məkanında dialoq, etimad və sabitliyin dəstəklənməsi, təşkilatın fəaliyyətinin gücləndirilməsi kimi məqsədlər qoyub, lakin bununla belə realist olmağa çalışacaq. Sədrlik 2019-cu il ərzində münaqişələrdən əziyyət çəkən insanları ön planda saxlamaq şərti ilə bu münaqişələrin qarşısının alınması və zəiflədilməsi, eləcə də vasitəçiliyin həyata keçirilməsinə diqqət yönəldəcək. Sədr, həmçinin bildirib ki, eyni zamanda təhlükəsiz gələcəyin qurulması üçün işlər görülməlidir, ATƏT məkanında təsirli multilateralizmə nail ola bilmək üçün səylər gücləndirilməlidir. Vurğulanıb ki, ATƏT-in prinsip və öhdəliklərinə sadiqliyi nümayiş etdirməyin zamanı yetişib və bu, özünü ifadə etdiyimiz sözlərdə deyil, həyata keçirdiyimiz fəaliyyətdə göstərməlidir.

ATƏT-in sədri çıxışında bildirib ki, münaqişələrin nizama salınması diqqət mərkəzində olacaq və Ukraynadakı vəziyyətlə əlaqədar növbəti həftə bu ölkəyə səfər edəcək. O, həmçinin Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin nizamlanması ilə bağlı müsbət impulsların yaratdığı imkanlardan istifadə etməyə çalışacaqlarını deyib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio