USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bundestaq qondarma `erməni soyqırımı`na görə məhkəməyə verildi

Almaniya Bundestaqı "erməni soyqırımı" ilə bağlı qətnaməni qəbul etdiyi üçün məhkəməyə verilib.

Şikayət ərizəsi türk əsilli vəkil Ramazan Akbaş tərəfindən Karlsruhe şəhər məhkəməsinə və Avropa İnsan Haqları məhkəməsinə verilib.

Ərizədə Almaniya Bundestaqının qəbul etdiyi qərarın ləğv edilməsi istənilir. Akbaş deyib ki, Almaniyada 4.5 milyona yaxın türk və türk əsilli insan yaşayır. "Onların hər biri Almaniya parlamentinin qəbul etdiyi qərarı şikayət edə bilər. Qərarın geri götürülməsi üçün hüquqi mübarizə başlayıb. Bundestaq öz ölkəsində yaşayan türklərin maraqlarını nəzərə almadı və Almaniya daxilində sülhə və ədalətə zərbə vurdu".

Almaniyanın odla oynadığını deyən vəkil "erməni soyqırımı" layihəsinin ölkə daxilinə nifrət toxumları səpdiyini bildirib.

"Hazırda Almaniyada islamafobiya çox yüksəkdir. Bura bir də türk düşmənliyi əlavə olunur. Onların gördüyü iş çox təhlükəlidir".

İyunun 2-də Almaniya Bundestaqı Türkiyənin etirazlarına baxmayaraq erməni "soyqırımı" layihəsini səsverməyə çıxarıb. Bundestaq qondarma erməni "soyqırımı" ilə bağlı qətnaməni qəbul edib. Qətnamə "101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması" adlanır. Səsverməyə Almaniya kansleri Angela Merkel qatılmayıb. Qətnamə bir əleyhinə, bir bitərəf səslə qəbul edilib.

Türkiyə və Azərbaycan Almaniya parlamentinin bu addımını kəskin şəkildə pisləyib. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!