USD - 1.7 EUR - 1.9288 RUB - 0.0264 TRY - 0.311 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycan və İran dövlət sərhədində Novruz belə qeyd edildi - FOTOLAR Sabah hava necə olacaq? Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti artırılıb Quba-Xınalıq yolu  bağlandı - qar uçqunlarına görə Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
Dövlət Komitəsinin dini radikalizm əleyhinə hazırladığı "Oxu" sənədli filmi gənclər üçün nümayiş olunub 

Bu gün Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini radikalizm əleyhinə hazırladığı "Oxu" sənədli filmi gənclər üçün nümayiş olunub və filmin müzakirəsi keçirilib.

ASAN Radionun məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, komitəsi tərəfindən dini radikalizm əleyhinə müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri sənədli filmlərin hazırlanması və onların ictimaiyyətə təqdim olunmasıdır: "İndiyədək dini radikalizmlə bağlı müxtəlif adlarda sənədli filmlər çəkilib və ictimaiyyətə təqdim olunub. Yeni sənədli filmimiz isə "Oxu"dur. Məlumdur ki, "Qurani-Kərim"də ilk hökm oxu ilə başlayır. Bu filmdə də dini radikalizm və onun mahiyyəti ifşa olunur. Burada, eyni zamanda Azərbaycanda dini radikalizm əleyhinə görülən işlər öz əksini tapıb".

M.Qurbanlı vurğulayıb ki, filmin əsas məqsədi radikal dini qrupları faktiki materiallarla göstərmək və ictimaiyyətə təqdim etməkdir.

Komitə sədri əlavə edib ki, bu il Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə bir neçə layihələr həyata keçiriləcək. Bunlara kiçik həcmli video-çarxların, sənədli filmlərin hazırlanması daxildir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio