Belarus Milli Akademik Böyük Opera və Balet Teatrında MDB-nin “Birliyin ulduzları” baş humanitar mükafatı təqdim edildi.
Builki mükafatın laureatları Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, belaruslu bioloqlar Vladimir Reşetnikov, Vladimir Titok və Yelena Spiridoviç, qırğız bəstəkarı Muratbek Beqaliyev, moldovalı yazıçısı İon Drutse, rusiyalı artist Yuri Solomin, tacik rəssamı Vafo Nazarov və başqaları oldu.
“Birliyin ulduzları” mükafatı 2009-cu ildə Humanitar Əməkdaşlıq Fondu və DHƏF tərəfindən təsis edilib. Bu mükafat hər il MDB dövlətləri nümayəndələrinə dünya miqyaslı nailiyyətlərə və MDB-nin hər bir dövlətinin, eləcə də Birliyin bütövlükdə inkişafına kömək edən humanitar fəaliyyət sahəsindəki uğurlara görə verilir.
Xatırladaq ki, MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu 2006-də ildə yaradılıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!